FHN-in psixoloq, həkim və xilasedicilərindən ibarət qrup Aktauya göndərilib
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus "BE-200 ÇS" amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Bu barədə FHN-dən məlumat verilib.
Qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib. BAKU.WS xə...