Ermənistan prezidenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini TƏSDİQLƏDİ

Ermənistan prezidenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini TƏSDİQLƏDİ
Siyasət 23

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iş qaydasını təsdiqləyib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bir gün əvvəl sənəd Ermənistan parlamentində ratifikasiya olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Son xəbərlər