Azərbaycan və Rusiya baş nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
15
okt
2024
15:17
Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib.
Bundan əlavə, tərəflər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Eyni zamanda hər iki tərəf gündəlikdə olan məsələləri birgə davam etdirməyə hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
Gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək. BAKU.WS xəbər verir ki,...