Türkiyədə sərnişin avtobusu aşıb - 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb - 6 nəfər ölüb, 20 nəfər yaralanıb
Foto Video
Hadisə 44

Türkiyədə, Aksaray-Ankara avtomobil yolunun Acıpınar kəndinin girişində avtobus idarəetmədən çıxaraq aşıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, qəza səhər saat 07:00 radələrində Aksaray-Ankara avtomobil yolunun Acıpınar kəndinin girişində baş verib. Balıkəsirdən Nevşehirə gedən, nömrəsi və sürücüsü hələ müəyyən edilməyən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Xəbər üzərinə qəza yerinə çoxlu sayda polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Son xəbərlər