Ulduz futbolçu azarkeşin köynəyini əlindən aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya milli komandasının futbolçusu Luiş Nani azarkeşin köynəyini oğurlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə azarkeş "Reddit" şəbəkəsində paylaşım edib.
Azarkeş Naninin soyadı yazılmış Portuqaliya yığmasının futbolkasını 236 avroya alıb və daha sonra futbolçudan imza atmasını istəyib. Oyunçu köynəyə imza atdıqdan sonra onu avtomobilinin ön oturacağına qoyub və oradan uzaqlaşıb.
Nani düşünüb ki, bu onun Avro-2016-nın yarımfinal oyununda oğurlanan futbolkasıdır. Azarkeş Nanini öz əşyasını oğurlamaqda ittiham edərək, futbolçu barəsində polisə şikayət ərizəsi yazıb.
Um adepto foi pedir um autógrafo a Nani numa camisola. Nani parece ter reconhecido a camisola como sua falando num roubo que aconteceu há uns tempos. De seguida, guardou a camisola e trocou contacto com o adepto.pic.twitter.com/a3kelnJMVx
— bwin_pt (@bwin_portugal) October 18, 2024
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...