Rəqsanə İsmayılovanın 412 000 AZN dəyərində qızılları oğurlandı
Müğənni Rəqsanə İsmayılovaya külli miqdarda ziyan dəyib.
BAKU.WS xəbər verir ki, sənətçinin Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl oğurlanıb.
İsmayılova "Bizimləsən" verilişinə açıqlamasında hadisənin 20 gün əvvəl yaşandığını bildirib:
"Moskvadakı evimdən 218 min avro (412 min manat) dəyərində qızıl oğurlanıb. Kimin etdiyini bilirəm. Yaxın adamımdır. Ad çəkmək istəmirəm. Sadəcə bu hadisə Moskvada baş verdiyi üçün burada polisə müraciət edə bilmərəm. Hadisə 20 gün əvvəl yaşanıb. Bununla bağlı Moskvadan Bakıya axtarış verilib".
Sənətçi qeyd edib ki, oğurlanan zinət əşyaları arasında sayı cəmi 17 ədəd olan "Cartier" brendinə aid sırğa da var:
Mən Moskvaya məclisə getmişdim. Elə oldu ki, Bakıya qayıdanda zinət əşyalarıma açıb baxanda gördüm ki, sırğam yoxdur. O da "Cartier" brendinə məxsus, bahalı zinət əşyasıdır. Sırğadan sadəcə dünyada 17 ədəd istehsal olunub. Mən evdə bunu deyəndə hamı Allaha and içdi. Bakıya gəldim ki, axtarım, Fazil müəllimlə də məsləhətləşdim. Oradan mənə yazdı ki, sənə bir sirr açım. Yəni özü etiraf etdi".
Ətraflı videoda:
Oxşar xəbərlər
27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
Lerik rayonunda 1997-ci il təvəllüdlü Elbəy şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Almaza (adlar şərti verilib - red.) xəsarət yetir...