Metronun "Sahil" stansiyasında nə baş verib? - Basabas düşdü
Bakı metropoliteninin "Sahil" stansiyasında eskalatorlardan birinin hərəkəti müvəqqəti dayandırılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
Onun sözlərinə görə, hadisəyə sərnişinlərdən birinin təhlükəsizlik açarını işə salması səbəb olub:
"Nəticədə eskalator dayanıb. Bu halda digər eskalatorun işə salınması təmin edilir. Pik saat olduğu üçün stansiyada sərnişin sıxlığı yaranıb.
Bu da eskalatorun iş rejiminə uyğun olaraq, sərnişin axınının artmasına səbəb olub. Lakin heç bir qorxulu vəziyyət yoxdur. Qısa müddət ərzində eskalatorlardan birinin yuxarı, digərinin isə aşağı istiqamətdə fəaliyyəti bərpa edilib".
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...