Elton Hüseynəliyevin 9 ildən sonra baş tutan MÖHTƏŞƏM KONSERTİ
Əməkdar artist Elton Hüseynəliyev uzun illərdən sonra sevənlərinin görüşünə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi 9 ildən sonra Heydər Əliyev sarayında solo konsertlə çıxış edib.
Müğənni "Nəğməli dünyam" adlı musiqili proqram boyunca sevilən ifalarını səsləndirib.
Bunlar arasında "Sən yoxsan", "Laçın", "Ey vətən", "Ruhumuz qovuşacaq", "İkimizin yerinə" və digər mahnıları yer alıb.
İfaçını səhnədə canlı orkestr müşahidə edib. Müğənni konsertə "Ey Vətən" mahnısı ilə start verib.
Hüseynəliyev "Ruhumuz qovuşacaq" mahnısını ifa edərkən səhnədən enib və onu məşhur bəstəkar Aygün Səmədzadə ilə oxuyub.
Əməkdar artist tamaşaçılarla söhbəti zamanı bu konsertin uşaqlıq arzusu olduğunu bildirib.
Sənətçinin bəzi ifalarında səhnədə rəqqaslar da yer alıb. Onlar şouları ilə gecəyə ayrı rəng qatıblar.
Müğənninin konsertinə gələnlər arasında yaxın dost Ayaz Qasımov da olub.
O səhnəyə çıxaraq Eltonla mahnı ifa edib. Onların maraqlı kompozisiyası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Elton Hüseynəliyev Azərbaycan musiqisi ifa etdiyi üçün özünü şanslı hesab etdiyini bildirib:
"Bu günə qədər gözəl həyatım olub. Məni daima musiqi əhatə edib. Çox sevinirəm ki, mən Azərbaycan musiqisi oxuyuram. Bundan sonra da oxuyacağam".
Zöhrə Pənah
Qalereya
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...