DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirib, "AKS-74" markalı avtomat silah götürülüb

DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirib, AKS-74 markalı avtomat silah götürülüb
Hadisə 24

Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib, "AKS-74" markalı avtomat silah götürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə, 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Qurban Fərhad oğlu Ağayevə məxsus bir ədəd "AKS-74" markalı avtomat silah, bir ədəd daraq və üç ədəd güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər