Bakıda övladını məktəbə gətirən valideyni avtobus vurub
24
yan
2025
08:01
Bakının Nəsimi rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə 111 saylı məktəbin qarşısında qeydə alınıb.
20 Yanvar küçəsində piyada keçidindən keçərək övladını məktəbə gətirən Nuranə Hacıyevanı 525 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı ağır kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzinə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, N.Hacıyevanın vəziyyəti stabil ağırdır.
Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır
Qalereya
Oxşar xəbərlər
Vəfa Şərifovanın evindən oğurluq edildi
Müğənni Vəfa Şərifovanın evindən oğurluq edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Gün ortası" verilişində aparıcı Zümrüd Bədəlova məlumat verib. O bildirib ki,...