Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan 2024-cü ilin oktyabrında kurort şəhəri Tsaxkadzorda kazinolardan birində baş vermiş mübahisədən sonra beynəlxalq axtarışa verilib.
Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə cinayət işi materiallarını məhkəməyə göndərən Baş Prokurorluq məlumat yayıb.
Oktyabrda Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin işçiləri arasında münaqişə baş verib, atəş səsləri eşidilib, daha sonra iş adamı və "Çiçəklənən Ermənistan"ın liderinin oğlu gizlənib.
"Xuliqanlıq" və "bir qrup şəxs tərəfindən soyğunçuluq" maddələri ilə cinayət işi açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi
Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Rama...