KİV: MDB vətəndaşları Rusiyada İranın "Şahed-136" PUA-larını yığmağa məcbur edilirlər
MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşları saxta yolla Tatarıstanda (Rusiya - Qeyd) İrana məxsus pilotsuz uçuş aparatlarının qeyri-qanuni istehsalı üzrə gizli zavodda işə cəlb olunurlar.
Bu barədə "Baku TV" telekanalının materialında deyilir.
Məlumata görə, internetdə Tatarıstan Respublikasında yüksək texnologiyalı istehsal üçün xüsusi iqtisadi zonanın ərazisində Rusiyadan deyil, MDB ölkələrindən olan vətəndaşların işlə təmin olunmasını nəzərdə tutan "Alabuga Start" proqramı haqqında reklamlar aktiv şəkildə yayılır.
"Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edilir. Hər şey qaydasındadır, amma insanlar perspektivli qazanc ümidi ilə orada iş tapır, bu zonaya köçür və sonda elanda deyilənlərdən başqa bir işə cəlb olunurlar".
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...