Bakıda avtomobil piyada keçidində qadını vurub
20
dek
2024
09:24
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Günel Firuz qızı İsmayılova piyada keçidindən keçərkən onu minik avtomobili vurub.
Xəsarət alan G.İsmayılova xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.
Sürücü məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, Baş Pr...