Bakı-Quba yolunda zəncirvari qəza - Sürücülərə MÜRACİƏT
Bu gün səhər saatlarında havanın yağışlı olması səbəbindən Bakı-Quba yolunda zəncirvari qəza olub.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Hadisə barədə ətraflı məlumat almaq üçün Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq. Qurumun rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə açıqlamasında zəncirvari yol qəzasının səhər saatlarında baş verdiyini bildirdi.
"Bu gün Bakı-Quba yolunun 10-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan KİA markalı 77 EV 395 dövlət nömrə nişanlı avtomobilin qarşıda gedən eyni markalı 01 CE 593 dövlət nömrə nişanlı avtomobil ilə toqquşması nəticəsində zəncirvari yol qəzası baş verib.
Qəza nəticəsində ümumilikdə 5 nəqliyyat vasitəsi maddi zərər görüb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin araşdırmalar nəticəsində qəzaya səbəb səhər saatlarında yağışlı hava nəticəsində yolun sürüşkən olması olub. Eyni zamanda, sürücülərin kifayət qədər ara saxlamaması qəza, sürücülərin sürət həddini hava şəraitinə uyğun seçməməsi qəzanın baş verməsini qaçılmaz edib".
Mübariz Ağayev həmçinin sürücülərə əlverişsiz hava şəraitində yollarda diqqətli olmağı tövsiyyə etdi:
"Baş Dövltə Yol Polisi İdarəsi hazırda ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bir daha sürücülərə müraciət edərək diqqətli olmağı, dumanlı və çişkinli havalarda sürüşmə ehtimalının dəfələrlə artmasını, görünüş məsafəsinin əhəmiyyətli dərəcədə azalmasını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, avtomobillərini mövsümə uyğun təchiz etməsini təmin etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmağa çəkinməyi, özləri, eləcə də, digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamağı xahiş edir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
"Lufthansa" aviaşirkətinin Mumbai-Münxen reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu ba...