Bakı Kənar Dairəvi yolunda ucsuz-bucaqsız TIXAC
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması yolda uzun tıxaca səbəb olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Bildirilib ki, hazırda yolun Bakı-Qazax yolu istiqamətində hərəkət demək olar ki dayanıb.
Xatırladaq ki, vəziyyətlə bağlı daha əvvəl Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.
Oxşar xəbərlər
Bakıda küçədən kişi meyiti tapıldı
Bakıda küçədən meyit tapılıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, X.Məmmədov küçəsi, ev 38-in qarşısında baş verib. Gəncə şəhər sak...