Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi
21
dek
2024
08:58
Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib.
BAKU.WS"Report"a istinadən məlumat verir ki, aktyor uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib.
Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülmüşdü.
Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.
Oxşar xəbərlər
Azərbaycanda yol qəzaları 344 can aldı
Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər ölüb, 335 nəfər isə yaralanıb. Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İd...