Azərbaycanda intihar edən 24 yaşlı gənc "gəlin maşını" və musiqi sədaları ilə son mənzilə yola salındı

Azərbaycanda intihar edən 24 yaşlı gənc gəlin maşını və musiqi sədaları ilə son mənzilə yola salındı
Video
Hadisə 1416

Gəncə şəhərində intihar edən Ümid Əlizadə şəhid Anar Əlizadənin qardaşı oğludur.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, A.Əlizadə Vətən müharibəsi dövründə - 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həyat yoldaşı Nurçin Əlizadə ilə birlikdə şəhid olub.

Onlar əslən Şəmkir rayonunun Çinarlı kəndindəndirlər. Anar Əlizadə ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Beş il əvvəl düşmənin raket hücumu zamanı onların evi dağılıb. Ailənin sağ qalan üzvlərinə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncədəki yaşayış kompleksində mənzil verilib.

22 yaşlı Ümid Yalçın oğlu Əlizadə yanvarın 13-də burada intihar edib. O, evin tək oğul övladı olub və bu yaxınlarda atası ilə birlikdə Moskva şəhərindən Azərbaycana qayıdıb. Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Ü.Əlizadənin heç bir pis vərdişi olmayıb.

Mərhum ata-baba yurdu olan Şəmkir rayonunun Çinarlı kəndində torpağa tapşırılıb.

Ü.Əlizadənin intihar faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

***09:50

Yanvarın 13-də intihar edən Gəncə sakininin dəfnindən görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Gəncədə yaşayış binasında asılı formada meyiti tapılan 24 yaşlı Ümid Əliyev son mənzilə musiqi sədaları altında yola salınıb. Həmçinin onun tabutunu "gəlin maşını" müşaiyət edib.

Xatırladaq ki, sosial şəbəkədə yayılan iddialara görə, gənc oğlanın dostu vəfat edib. Dostunun ölümünə dözməyən Ümid bir müddət sonra özünü asıb.

Sözügedən kadrları təqdim edirik:

Son xəbərlər