Ağ Şəhər ərazisində mənzildə partlayış baş verib
Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
***15:05
Bakıda mənzildə partlayış baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb. BAKU.WS xəbər verir ki, xuliqanl...