SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir
SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.
Səfər çərçivəsində "Intesa Sanpaolo" bankının və onun törəmə şirkəti olan "Vseobecna Uverova" bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə "İntesa Sanpaolo" bankı ilə SOCAR arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.
Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlar ilə görüşlər keçirilib.
Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,27 ABŞ dolları, yaxud 0,34 % artaraq 78,42 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...