Naxçıvanla bağlı MÜHÜM XƏBƏR - Mayın 31-dək...
Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə veriləcək subsidiya əmsalları ilə bağlı yeni qərar qəbul edilib.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynalov BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Naxçıvan iqtisadi rayonunda bu il mayın 31-dək salınan meyvə bağlarına görə verilən subsidiyaların əmsalları və məbləğləri artırılıb:
"Damcı suvarma sistemi ilə təmin olunmuş intensiv/hiper-intensiv şaftalı (nektarin) və ərik bağlarının hər hektarına görə 24 500 manat, alma bağları üçün 32 200 manat və armud bağlarına görə 25 200 manat subsidiya ödəniləcək. Fermerlər tələblər və şərtlər, həmçinin digər bitkilərlə bağlı ətraflı məlumatı https://akia.gov.az/ saytından əldə edə bilərlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
SOCAR rəsmiləri "Neptun" özüqalxan qazma qurğusuna səfər ediblər
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan "Neptun" özüqalxan qazma qurğus...