ABŞ Çindən bağlamaların qəbulunu dayandırdı

ABŞ Çindən bağlamaların qəbulunu dayandırdı
Dünya 50

ABŞ Poçt Xidməti (USPS) Çin və Honq-Konqdan gələn bağlamaların və məktubların qəbulunu müvəqqəti dayandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.

Qeyd edilir ki, USPS rəsmi bildiriş və ya açıqlama verməyib. Bununla belə, Çindən məktub və kiçik paketlərin qəbulu davam edir.

Hazırda bu qərarın Çinin ABŞ-yə tətbiq etdiyi gömrük tarifləri və rüsumlarla bağlı olub-olmadığı bilinmir.

Xatırladaq ki, 2 fevralda ABŞ Prezidenti Donald Tramp Meksika, Kanada və Çindən idxal olunan mallara yeni gömrük rüsumlarının tətbiqi haqqında sərəncam imzalayıb. Meksika və Kanada üçün rüsum 25%, Çin üçün isə 10% müəyyən edilib. Daha sonra Vaşinqton Meksika və Kanada üçün tariflərin tətbiqini 30 gün təxirə salıb, lakin Çin üçün bu güzəşt edilməyib.

Bundan əvvəl Çin hökuməti ABŞ-nin gömrük rüsumlarının iki ölkə arasındakı iqtisadi əməkdaşlığa mane olduğunu və qlobal tədarük zəncirinə zərər verdiyini bəyan etmişdi.

Son xəbərlər