Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,19 % artaraq 79,63 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 77,33 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Oxşar xəbərlər
İstanbul Hava Limanı təyyarə yanacağını daha 3 il STAR NEZ-dən alacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) qarşıdakı üç il ərzində İstanbul Hava Limanını hər il 700 min ton...