Ukrayna ordusu Rusiyanın 6 bölgəsinə PUA-larla hücum edib
13
sen
2024
09:33
Cümə günü, sentyabrın 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçan aparatların (PUA) köməyi ilə Rusiyanın 6 bölgəsinə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində 20 pilotsuz uçuş aparatını vurub.
Ukrayna ordusunun PUA-larının 8-i Bryansk vilayəti, 4-ü Belqorod vilayəti, 3-ü Kursk vilayəti, daha ikisi Orlovsk və Smolensk vilayətləri üzərində, biri isə Kaluqa vilayətinin üzərində yerə salınıb.
Oxşar xəbərlər
Tayvanda Çinə məxsus təyyarə və gəmilər görünüb
Tayvan Adası ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 6 gəminin müşahidə edildiyi bildirilib. BAKU.WS xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media...