Rusiya ordusuna qarşı döyüşmüş erməni "Domodedovo" hava limanında ələ keçdi
Ermənistan vətəndaşı Armen Balyan "Domodedovo" hava limanında Rusiyaya giriş etməyə çalışarkən saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Balyan Ukrayna tərəfindən hərbi əməliyyatlarda muzdlu olaraq iştirak edib və istintaq zamanı təqsirini etiraf edərək dəlil və şahid ifadələrini təsdiqləyib.
İlkin araşdırmalara görə, 2022-ci ilin noyabrında Moldova sərhədindən Ukraynaya daxil olan Balayan, 2023-cü ilin dekabrına qədər Donetsk, Luqansk və Xerson bölgələrində Ukrayna ordusunun tərkibində muzdla döyüşüb. Bu əsasda, 2024-cü ilin avqustunda Balayan barəsində muzdlu döyüşçü kimi cinayət işi açılıb və onun axtarışına başlanılıb.
Armen dindirilmə zamanı döyüşlərdə bir neçə dəfə yaralandığını bildirib. Onunla birgə döyüşlərdə iştirak edənllərin əksəriyyəti yaralandığı və ya öldüyü üçün ordu bölməsi ləğv edilib.
Xerson bölgəsində də Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Dnepr sahilinə yaxınlaşmağa çalışarkən yaralanıb. Balyan yalnız Ermənistan vətəndaşı olduğunu deyib.
Moskvanın Basman Məhkəməsi Armen Balyanın həbs olunması barədə qərar çıxarıb və istintaq onun Rusiyaya səfərinin əsl məqsədlərini müəyyənləşdirməyə davam edir.
Oxşar xəbərlər
İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib
İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib. "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Jerusalem Post" qəzet...