Putin ABŞ-nin yeni administrasiyası ilə Ukrayna məsələsində dialoqa hazır olduğunu açıqlayıb
Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz Ukrayna məsələsində ABŞ-nin yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır", - o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.
"Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır", - Putin əlavə edib.
Oxşar xəbərlər
"Haber Global": "Fələstinli əsir İsrail həbsxanasında gördüklərindən danışdı"
Bazar günü Qəzzada atəşkəs qüvvəyə minib, ardınca isə İsraillə HƏMAS arasında ilk girov mübadiləsi baş tutub. Həm üç israilli girov qadın, həm də İsrail həbsxan...