Moskvanın ən böyük hava limanlarının fəaliyyətinə məhdudiyyət qoyuldu
Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və həyata keçirmir.
BAKU.WS xəbər verir ki, bu barədə "Rosaviation" məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər "mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün" tətbiq edilib.
"Təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir", - Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin "Telegram"dakı mesajında deyilir.
Agentlik təhlükəsizlik tədbirlərinin tətbiqinə səbəbin nə olduğunu açıqlamır.
Oxşar xəbərlər
2024-cü ilin ən mühüm arxeoloji kəşfləri açıqlanıb
2024-cü ildə tapılan ən vacib arxeoloji tapıntılar açıqlanıb. Bunlar arasında 12 min illik tarixi olan şaman qadın, qızıl sikkələrlə dolu qazan, 11 min illik do...