Moskvada 400-dən çox miqrant saxlanıldı

Moskvada 400-dən çox miqrant saxlanıldı
Dünya 70

Moskvanın cənub-qərbində yerləşən hostellərdən birində aparılan axtarış zamanı 400-dən çox miqrant saxlanılıb, onların Rusiya Federasiyasında qalmasının qanuniliyi yoxlanılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Moskva Dövlət İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib:

"Obyektdə 439 əcnəbi vətəndaş müəyyən edilib və hazırda paytaxt ərazisində miqrasiya qanunvericiliyinin, eləcə də digər hüquqpozmaların törədilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə hüquq-mühafizə orqanlarına təhvil verilir".

Qeyd olunub ki, Profsoyuznaya küçəsindəki yataqxanada axtarışlar və həbslər ekstremist icmanın təşkili (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.2-ci maddəsi) üzrə cinayət işi çərçivəsində aparılıb. Qərargahdan bildirilib ki, yataqxananın rəhbərliyi və administrasiyası istintaq hərəkətləri üçün Moskva İstintaq Komitəsinin şöbəsinə aparılıb.

Son xəbərlər