Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüş zamanı Azərbaycanda stolüstü tennisin hazırkı vəziyyəti və gələcək planlar barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Bu cür görüşlərin əhəmiyyətindən söz açan ASTF prezidenti beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığın stolüstü tennisin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına xüsusi diqqət göstərildiyini deyən Ş.Mustafayev bu qayğı sayəsində beynəlxalq arenalarda böyük uğurların qazanıldığını və ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.
Dəvət üçün təşəkkürünü bildirən Pedro Migel Moura isə Azərbaycanda stolüstü tennisin inkişaf strategiyasını və gələcək perspektivini yüksək qiymətləndirərək, yaxın gələcəkdə ölkəmizdə bu idman növü üzrə beynəlxalq yarışların təşkil olunacağına ümid bəslədiyini bildirib.
Oxşar xəbərlər
Trampın təqdim etdiyi görüntülərin başqa ölkəyə aid olduğu üzə çıxdı
ABŞ Prezidenti Donald Trampın Cənubi Afrika Prezidenti Kiril Ramafosa ilə görüşü zamanı göstərdiyi görüntülərin Cənubi Afrikaya deyil, Konqo Demokratik Respubli...
