Moskva sakinlərinə həftəsonu ilə bağlı xəbərdarlıq edilib
Rusiyanın Moskva şəhəri və Moskva vilayətində həftəsonu hava anomal dərəcədə isti olacaq.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets öz teleqram kanalında bildirib.
Sinoptikin sözlərinə görə, həftənin qalan hissəsi üçün güclü Atlantik istiliyi proqnozlaşdırılır - termometr göstəriciləri noyabrın ilk ongünlüyünə xas olan normanı xeyli keçəcək. Belə ki, şənbə günü, noyabrın 9-da hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecələr havanın temperaturu 0 və +3 dərəcə, gündüz isə +6 ilə +9 dərəcə olacaq.
Noyabrın 8-i cümə gününə gəlincə, günorta buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz arabir yağış yağacağı gözlənilir.
Cümə günü hava müsbət altı dərəcəyə qədər istiləşəcək, bölgədə ikidən yeddi dərəcəyə qədər isti olacaq".
Oxşar xəbərlər
Ukraynada müdafiə nazirinin daha bir müavini işdən çıxarılıb
Ukrayna hökuməti müdafiə nazirinin müavini Aleksandr Sergeyi tutduğu vəzifədən uzaqlaşdırıb. BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali...