Kim Çen Indan termonüvə müharibəsinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In bəyan edib ki, Koreya Yarımadasındakı mürəkkəb vəziyyət ən dağıdıcı termonüvə müharibəsinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Koreyanın "Mərkəzi Teleqraf" agentliyi məlumat yayıb.
"Koreya Yarımadasında qarşıdurma tərəfləri heç vaxt bu qədər təhlükəli və kəskin vəziyyətdə olmamışdı. Hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə biləcək bir vəziyyət yaşanır", - deyə Kim Çen In Pxenyanda silah sərgisinin açılışında bildirib.
O əlavə edib ki, ABŞ ilə aparılan danışıqlar KXDR-i Vaşinqtonun dəyişməz düşmən siyasətinə daha çox inandırıb.
Kim Çen In vurğulayıb ki, ABŞ təzyiq və təxribat səviyyəsini artırır, öz nəhəng strateji vasitələrini və müttəfiqlərinin güclərini yerləşdirir, birgə nüvə silahından istifadə edərək hərbi ittifaqları genişləndirir.
Oxşar xəbərlər
Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb
Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Tə...