Mbappe ilə bağlı ŞOK İTTİHAM - Qohumlarının qaldığı oteldə…
"Real Madrid"in futbolçusu Killian Mbappe İsveçdə zorlama və cinsi təcavüz işində şübhəli bilinir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib.
Oktyabrın 12-də polisə məlumat verilib.
Mbappenin cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur.
Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də oynayıb.
Oxşar xəbərlər
Çində 83 milyard dollar dəyərində qızıl ehtiyatı olan mədən tapıldı
Çin Xunan şəhərində 83 milyard dollar dəyərində qızıl ehtiyatı tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sözügedən məbləğ 600 milyard...