Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanıldı

Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanıldı
Dünya 70

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "112 Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində saxlanılıb.

Sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və s. maddələri üzrə axtarışa verilib.

Xatırladaq ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.

Son xəbərlər