Nyu-Yorkda neft-qaz şirkətləri yeni iqlim vergisi ilə üzləşir: 75 milyard dollarlıq yük

Nyu-Yorkda neft-qaz şirkətləri yeni iqlim vergisi ilə üzləşir: 75 milyard dollarlıq yük
Digər 71

ABŞ-ın Nyu-York ştatında neft və qaz şirkətləri yeni iqlim qanununa əsasən qarşıdakı 25 il ərzində ümumilikdə 75 milyard ABŞ dolları vergi ödəyəcək.

"Report" bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Məlumata görə, İqlim Dəyişikliyi Superfondu Aktı iqlim təsirlərinin azaldılması üçün maliyyə yükünü vergi ödəyicilərindən qalıq yanacaq şirkətlərinə keçirməyi hədəfləyir. Qanuna əsasən, bu şirkətlər 2000-2018-ci illər arasında buraxdıqları istixana qazlarına görə ödəniş edəcəklər.

Hər il 3 milyard ABŞ dolları həcmində vəsait toplanacaq və bu vəsait 2050-ci ilə qədər əyalətin iqlim dayanıqlığını artırmaq məqsədilə infrastrukturun təkmilləşdirilməsinə, ekstremal hava şəraitinə qarşı tədbirlərə, soyutma sistemlərinə və digər iqlimlə bağlı investisiyalara yönəldiləcək.

Qanun, son 18 il ərzində 1 milyard tondan çox istixana qazı buraxmış istehsalçı və emalçı şirkətlərə şamil edilir.

Nyu-York ştatının senatoru Liz Krueger bildirib ki, "Çirkləndirən ödəyir" modeli təhlükəli tullantı sahələrinin təmizlənməsi üçün tətbiq edilən mövcud əyalət və federal Superfond qanunlarını əks etdirir.

Bununla yanaşı, enerji şirkətlərinə məsləhət verən "Bracewell" hüquq firmasının nümayəndəsi Skott Segal qanuna tənqidi yanaşaraq bildirib: "Hamımız iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini qəbul edirik. Lakin geriyə dönmək şəkildə qanuni biznes fəaliyyətlərinə görə şirkətlərə məsuliyyət qoyulması Nyu-Yorkun biznes mühitinə və iqtisadi rəqabət qabiliyyətinə mənfi təsir edə bilər. Bu cərimələr enerji qiymətlərinin artmasına səbəb olaraq istehlakçılara da zərər verə bilər".

Son xəbərlər