Ərəb şeyxinə hücum etdiyi deyilən model dələduzluqla üzləşib
Rusiyalı model Yekaterina Stetsyuk fırıldaqçıların qurbanı olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.
Nəşrin məlumatına görə, Stetsyuk özünə Dubaydan 148 min rubla smartfon almağa qərar verib. 29 yaşlı modelə telefonun dekabrın 18-də göndəriləcəyi vəd edilsə də, təyin olunan tarixdə gəlməyib. Qız alış-verişin izləmə nömrəsini göndərməyi xahiş etdikdən sonra fırıldaqçılar yazışmaları silib və məşhuru sosial şəbəkələrdə bloklayıblar.
Xatırladaq ki, 2018-ci ildə Stetsyuk BƏƏ-də mühakimə olunub. Model Ərəb şeyxinə bıçaqla hücum etməkdə günahlandırılıb. Modelin dediyinə görə, hər şey əksinə olub - kişi ona hücum edib. Qız özünü xilas etmək üçün altıncı mərtəbədən tullanmalı olub. O, ağır vəziyyətdə xəstəxanada bir neçə ay qalıb. Mart ayında Stetsyuk üç ay müddətinə qadın həbsxanasına göndərilib. O qeyd edib ki, şeyx də istintaq təcridxanasındadır.
Oxşar xəbərlər
Zelenski Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu bar...