Dünya bazarında qızılın qiyməti rekord vurdu
21
okt
2024
14:39
Qızılın qiymətləri Çikaqo Əmtəə Birjasında (CME) unsiya başına 2750,9 dollara yüksəlib ki, bu da tarixi maksimum olub.
BAKU.WS xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Beləliklə, birjada dekabr müqaviləsinin qiyməti 0,77% artıb.
Qeyd edilir ki, qızılın qiymətləri bir sıra amillər səbəbindən artır. Onlar arasında Yaxın Şərqdəki geosiyasi risklər var. Həmçinin, ABŞ-də 5 noyabrda keçiriləcək seçkilərdən əvvəlki qeyri-müəyyənlik səbəbindən qızıl təhlükəsiz aktiv kimi tələbi artırıb.
Oxşar xəbərlər
İsrail ordusu Suriyada yanacaq daşıyan vaqonlara havadan zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Əl-Laziqiyyə şəhərində qatarların hərəkət etdiyi stansiyaya hava hücumu edib. Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki...