İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail polisi həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə 7 nəfəri həbs edib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, "The Jerusalem Post" bu barədə məlumat yayıb .
Casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir.
Onların casus məlumatları ötürdüyü obyektlər arasında "Ramat David" aviabazası, "Nevatim" aviabazası, "Glilot" və keçən həftə Hizbullahın pilotsuz uçuş aparatının hücumu nəticəsində dörd İsrail əsgərinin öldürüldüyü "Qolani" Briqadasının bazası var.
Qeyd edilib ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...