Bugünkü zəlzələni şərh edən Naci Görür: "Həmin ərazi potensial zəlzələ..."
Məşhur seysmoloq Naci Görür bu gün Türkiyədə baş verən zəlzələ ilə bağlı qorxunc açıqlama verib.
BAKU.WS xəbər verir ki, o zəlzələnin həmin ərazinin potensial zəlzələ ocağı olduğunu vurğulayıb.
"Zəlzələlər Aralıq dənizində Krit ətrafında, Plini-Strabon qırılma zonasında baş verir və xüsusilə Muğla ətrafında hiss olunur (4.3, 4.5 bal gücündə...). Bu zonada Afrika qırılma xətti Anadolu qırılma xətti altına enir və burada enerji çoxalması yaşanır. Bu da öz növbəsində bizim həmin ərazini potensial zəlzələ ocağı adlandırmağımıza imkan verir" - deyə, Naci Görür bildirib.
Xatırladaq ki, bu gün Türkiyənin Datça sahillərində 4.5 bal gücündə zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Ölkənin Aralıq dənizinə aid hissəsində 4,5 bal gücündə zəlzələ yaşanıb.
Muğlanın Datça rayonundan 172,77 kilometr uzaqlıqda olan zəlzələnin 6,75 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
Oxşar xəbərlər
"Haber Global": Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər
Türkiyə 2025-ci ildə terrora tamamilə son qoya bilər. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" televiziya kanalının saytında dərc olunan "Für...