Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi

Rəqqasə Fatimə Fətəliyeva hüquq-mühafizə orqanlarına müraciət edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa çalışan şəxslərin fəaliyyətinin artdığını bildirib.
"Instagram" hesabından müraciət edən sənətçi qeyd edib ki, bu halların nəticəsində təkcə onun, həmçinin digər tanınmış şəxslərin adları və nüfuzları qanunsuz şəkildə istifadə olunur.
Rəqqasə belə hərəkətlərin insanlara həm maddi, həm də mənəvi zərər verdiyini, cəmiyyətdə isə inamsızlıq yaratdığını vurğulayıb. Həmçinin bu cür halların cəmiyyətə mənfi təsir göstərdiyini bildirib və hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, son dövrlərdə bir sıra tanınmış şəxslərin - Əməkdar artist Sənubər İsgəndərli, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, aktyor İlkin Həsəni və aktrisa Pərvin Abıyevanın da oxşar dələduzluq hadisələri ilə üzləşdikləri bildirilir.
Oxşar xəbərlər
Bakıda yeniyetmə dostunu bıçaqladı, zərərçəkmiş məhkəmədə onu bağışladı
Bakı Ağır Cinayətlər Məhkəməsi yetkinlik yaşına çatmayan bir yeniyetmənin dostunu bıçaqla yaralaması və qanunsuz silah saxlaması ilə bağlı cinayət işinə baxıb....
