AZAL-ın qəzaya uğrayan təyyarəsinin qalıqları hadisə yerindən daşındı
03
yan
2025
18:48
Qazaxıstanın Aktau şəhərində AZAL-ın qəzaya uğrayan təyyarəsinin quyruq hissəsi hadisə yerindən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda təyyarənin qalıqlarının yük maşını ilə aparıldığı əks olunub.
Xatırladaq ki, ötən ilin 25 dekabr tarixində Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış ü...