Bayden yanvarın 9-nu matəm günü elan etdi

Bayden yanvarın 9-nu matəm günü elan etdi
Dünya 528

ABŞ Prezidenti Cozef Bayden sabiq prezident Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.

BAKU.WS xəbər verir ki, məlumat Ağ Evin saytında yerləşdirilib.

"Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm", - bəyanatda deyilib. Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.

Xatırladaq ki, 100 yaşlı Cimmi Karter ötən gün Corciya ştatının Pleyns şəhərindəki mənzilində vəfat edib.

O ABŞ-nin sayca 39-cu dövlət başçısı olub və 1977-1981-ci illərdə ölkəyə rəhbərlik edib.

Son xəbərlər