Aktaudakı xəstəxanada neçə yaralı qalıb? - AÇIQLAMA

Aktaudakı xəstəxanada neçə yaralı qalıb? - AÇIQLAMA
Dünya 122

Manqistau vilayət çoxprofilli xəstəxanasının həkimləri təyyarə qəzasında xəsarət alan və müalicə alan sərnişinlərin vəziyyəti barədə danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb.

Məlumata görə, hazırda xəstəxanada altı pasiyent müalicə alır.

"Onlardan dördü reanimasiya şöbəsindədir. Birinin vəziyyəti son dərəcə ağırdır, üç nəfərin isə vəziyyəti stabil ağır olaraq qalır. İki xəstə travmatologiya şöbəsində müalicəni davam etdirir",-deyə bildirilib.

Müalicə alan pasiyentlər arasında üçü Azərbaycan və digər üçü Qırğızıstan vətəndaşıdır.

Son xəbərlər