İşğaldan azad edilmiş ərazilərə qayıdanları SEVİNDİRİCƏK XƏBƏR
İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək 34 min 500 mənzil və fərdi yaşayış evin inşa olunması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzil və fərdi yaşayış evi inşa olunacaq.
Artıq neçə müddətdir ki, qeyd edilən ərazilərə vətəndaşların qayıdışı mərhələli şəkildə təmin edilir. Yaşayış mümkün olan və yeni evlərin salındığı işğaldan azad edilmiş ərazilərə vətəndaşların böyük qayıdışı baş tutur.
Bəs bu vətəndaşların məşğulluq problemləri necə həll olunur? Onlar üçün hər hansı güzəştlər nəzərdə tutulubmu?
Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizə qayıtmış vətəndaşlarımızın məşğulluq problemi prioritetidir:
"Cənab Prezident tərəfindən də bu istiqamətdə göstərişlər var və məskunlaşmış ailələrin işlə təmin olunması istər dövlət, istər özəl sektorda ən vacib hədəflərdən biridir. Ona görə bu istiqamətdə də işlər davam etdirilir. Təbii ki, burada həm əmək yarmarkalarının keçirilməsi, xüsusən də məskunlaşma zamanı məşğulluğun meyarlardan biri olaraq nəzərə alınması kimi faktorları var. Dövlət Məşğulluq Agentliyi tərəfindən mütəmadi biz əmək yarmarkalarının keçirilməsini müşahidə edir. Eyni zamanda, təbii ki, İqtisadiyyat Nazirliyi biznesi təşviq edir.
Daha çox özəl sektorun biznesə cəlb edilməsi istiqamətində işlər genişləndirilib. Məskunlaşma prosesinə uyğun olaraq da məşğulluq həmişə prioritet olaraq qalacaq. Həm də daha çox vətəndaşlarımız məskunlaşdıqca bu xidmət sektoru və digər sektorlardan tələb yaradacaq. Çünki bu, həm də istehlakçı sayının artması anlamına gəlir. Bu məsələ 2025-ci ildə işğaldan azad olunmuş ərazilərimiz üçün prioritet məsələlərdən biri olaraq qalmaqdadır və bu istiqamətdə sən həm əmək yarmarkaları, həm özəl biznesin cəlb edilməsi ilə bağlı fəaliyyətlər növbəti ildə davam etdiriləcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan...