Xankəndidə Həmrəylik Günü və Yeni il münasibətilə konsert keçirilib
28
dek
2024
18:57
Xankəndi şəhərinin Zəfər meydanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, öncə Azərbaycan Dövlət Himni səsləndirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.
Oxşar xəbərlər
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 94 il ötür. Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pi...