Vyetnamlı şəxs Moskvada mağazadan aldığı manqonu yeyib öldü
Moskvada yaşayan 31 yaşlı Vyetnam vətəndaşı Hoanq Van Çon, yerli mağazadan aldığı manqonu yedikdən sonra həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Mash məlumat yayıb.
Hadisə dünən günorta baş verib. Hoanq Van Çon həyat yoldaşı ilə birlikdə kirayə evdə yaşayırdı. O, manqonu həyat yoldaşı ilə birlikdə yeyib, lakin yalnız o özünü pis hiss etməyə başlayıb. Nəfəs almaqda çətinlik çəkən Çonun vəziyyəti getdikcə ağırlaşıb.
Həyat yoldaşı təcili yardım çağırsa da, həkimlər onu xilas edə bilməyib. Məlum olub ki, Çonun allergiyası və ya tənəffüs yollarında tıxanma problemi olmayıb. Ölümün səbəbi hələ araşdırılır.
Qeyd edək ki, daha əvvəl Braziliyada bir siyasətçi arıların hücumu nəticəsində anafilaktik şok keçirərək dünyasını dəyişmişdi.
Oxşar xəbərlər
Məşhur rejissor Devid Linç vəfat edib
Amerikalı rejissor və ssenarist, məşhur "Twin Peaks" serialının yaradıcısı kimi tanınan Devid Linç 79 yaşında vəfat edib. "Report" xəbər verir ki, bu barədə ail...