Təyyarə qəzasında həlak olan Milli Aviasiya Akademiyasının tələbəsi evin tək UŞAĞI İMİŞ
Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyev də olub.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.
O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:
"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi.
Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Təyyarədə həlak olan Faiq Mustafayevin dostu danışdı
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olan sərnişinlərdən biri də Faiq Mustafayevdir. Onunla uzun müddət bir yerdə işləyən İlkin Əhmə...