AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb
26
dek
2024
20:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə iki göyərtə registratoru (qara qutu) aşkar ediblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.
"Hadisə yerinə baxış zamanı iki registrator aşkar edilib .Onlar aviasiya qəzasının təhqiqat şöbəsinə təhvil veriləcək, daha sonra onlara tam baxış keçiriləcək", - deyə Ordabayev bildirib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...