Həkim-infeksionist: Qızılca infeksiyasının yoluxma göstəricisi nəzarətdədir
Soyuq aylarda yoluxma göstəricisinin belə aşağı olması qızılca infeksiyasını nəzarətə götürə bildiyimizin sübutudur.
Bunu "Report"a müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə qızılcaya yoluxma halı kəskin azalıb:
"Ötən il qızılcaya yoluxma sayı yüksək idi. Həmin dönəmdə əvvəlcə peyvənd olunmamış uşaqlar vaksinasiyaya cəlb olunmuşdu. Daha sonra yetkinlərin vaksinasiya olunması üçün ölkəyə başqa növ peyvəndlər gətirildi. Bütün bu proseslərin nəticəsində hazırda yoluxma sayının kəskin azaldığını müşahidə edirik".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Bu gün şəhid pilot Rəşad Atakişiyevin doğum günüdür
Bu gün şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür. Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qı...