Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Rəşad Eyyubov Azərbaycan millisinin məşqçisi təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq. Yığmanın sabiq üzvü ilə müqavilənin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.
Qeyd edək ki, R.Eyyubov futbolçu karyerası ərzində "Simurq", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Sumqayıt", "Neftçi", "Sabah" və "Zirə" klublarının formasını geyinib. O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis "Sabah" klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...