SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Novruz bayramı tədbirlərinin keçirilməsi ilə paytaxtın bir sıra yolları bağlanıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, mərkəzə yaxın, bayram tədbirləri keçirilən ərazidə olan bir çox yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırlıb.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirlər planı hazırlanıb. Bu plana uyğun olaraq Qoşa Qala qapısından başlayaraq İçərişəhər, Qız Qalası, qalanın ətrafı, Azneft meydanından başlayaraq Neftçilər prospekti ilə izdihamlı Novruz tədbirləri olacaq.

Bu məqsədlə həmin ərazilərlə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoymaqla, istiqaməti dəyişmək nəzərdə tutulub. Bu da bayram tədbirlərinə qatılmaq istəyənlərin təhlükəsizliklərinin təmin etmək məqsədi daşıyır.

V.Əsədov bildirib ki, bayramla bağalı olaraq Babək prospektinin Yusif Səfərov küçəsindən hava limanı, Nərimanov, Gənclik stansiyası istiqamətində, həmçinin Y.Səfərov Afiəddin Cəlilov küçələrinin kəsişmələrindən yalnız 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov Cavanşir körpüsü kəsişməsindən yalnız geriyə - 10-cu zavod dairəsinə, Yusif Səfərov 28 May küçəsindən yalnız düz - Rəşid Behbudov küçəsi istiqamətində, həmçinin Bakı-Salyan yolunun 14-cü km-dən ancaq sola - 3-cü Dairəvi yolla, eyni zamanda Bayıl qəsəbəsindən Bayraq Meydanı istiqamətində, Xanlar küçəsi iə Fəxri Xiyaban, Mehdi Hüseyn, ümumiyyətlə Badamdar qəsəbəsi istiqamətində, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşviq küçəsi, Qurd qapısı istiqamətində, Neftçilər prospektinə kəsişən Bülbül, Səməd Vurğun, Rəşid Behbudov və digər küçələrdə hərəkət məhdudlaşdırılıb və istiqamət dəyişdirilib.

"Nəqliyyat sahibləri qeyd edilən ərazilər üzrə tıxacalar, qəzalar, sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməlidir. Ən yaxşısı isə şəhərin mərkəzinə doğru şəxsi maşınlardan istifadə etməmək, bu istiqamətlər üzrə ictimai nəqliyyatdan istifadə etmək tövsiyyə edilir. Bu məhdudiyyət gün boyu davam edəcək. Vəziyyət və şəraitdən asılı olaraq Neftçilər prospekti və Dənizkənarı bulvar boyu nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyətin qoyulması, istiqamətin dəyişməsi həyata keçiriləcək.

Tədbirərin keçirildiyi bütün küçələr tam nəzarətdədir, təhlükəzilik üçün bütün zəruri tədbirlər həyata keçiriləcək". 
 
BAKU.WS