Bakıda YPX avtomobillərinin təhlükəli manevrləri - VİDEO

"Report"un redaksiyasına Bakı şəhəri ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının xidməti avtomobillərini yol hərəkəti qaydalarını pozmaqla idarə etmələrini əks etdirən videogörüntülər daxil olub.
Həmin videogörüntülərdən birində məlum olur ki, sayrışan işıqları işə salmadan Ziya Bünyadov prospektində hərəkətdə olan 99-YP-421 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı YPX avtomobilini sürücü təhlükəli manevrlər etməklə idarə edir.
Digər görüntü isə Yusif Səfərəliyev küçəsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nömrəsi dəqiq görünməyən BMW markalı YPX avtomobili təhlükəli manevrlər etməklə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısını kəsdikdən sonra sayrışan işıqları qoşur.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Yalnız bu hallarda avtomobiliniz cərimə meydançasına aparılacaq – YENİLİK
Ötən həftə Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərdən biri ölkəmizdə dayanma və durma qaydalarını pozmaqla parklanmış nəqliyyat vasitəs...
